AZ

Fransada 2023-cü ildən bəri ən böyük etiraz aksiyaları keçirilir

Fransada

Fransada etirazların davamı olaraq müəllimlər, nəqliyyat işçiləri, xəstəxana heyətləri, əczaçılar və ictimai sektorda çalışanlar tətil elan ediblər.

Məqsəd yeni Baş nazir Sebastyan Lekornyunun maaş və təqaüdlər, eləcə də ictimai xidmətlərlə bağlı qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə məcbur etməkdir.

Tətillər səbəbindən məktəblər, dəmir yolu və aviasiya sektorlarının fəaliyyətində ciddi problemlər yaşanır.

Paytaxt Parisdə əsas yolların etirazçılar tərəfindən bağlanması nəqliyyatın hərəkətini iflic edib.

Bugünkü etirazların 2023-cü ildən bəri ən böyük etirazlar olacağı və aksiyalarda ümumilikdə 900 minə qədər insanın iştirakı gözlənilir.

Fransa Daxili İşlər Nazirliyi 80 min polis və jandarm qüvvələrinin dronlar, zirehli texnika və su şırnaqları ilə silahlandırılaraq səfərbər ediləcəyini bildirib.

Daxili işlər naziri Bruno Retalo aksiyaların hibrid olduğunu, etiraza icazə verilmiş insanlarla ultra-solçu təxribatçıların bir-birinə qarışdığını qeyd edib.

Qeyd edək ki, Fransa siyasi rəhbərliyin qeyri-stabilliyi, maaş və təqaüdlərlə, ictimai xidmətlə bağlı siyasəti, büdcədə olan nöqsanlar bir müddətdir əhalinin qəzəbinə səbəb olub.

İki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazir Sebastyan Lekornyunun əvvəlki büdcə siyasətini dəyişməklə bağlı vədləri də etirazçıların hiddətini soyuda bilməyib.

Seçilən
27
4
xalqcebhesi.az

5Mənbələr