AZ

ABŞ Böyük Britaniyaya 150 milyard funt sterlinq sərmayə qoyacaq

ABŞ Prezidenti Donald Trampın dövlət səfəri zamanı Böyük Britaniyaya 150 milyard funt sterlinq dəyərində rekord həcmli sərmayə paketi elan edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti bunun öz növündə ən iri kommersiya sazişi olduğunu bildirib və bu investisiyanın ölkədə 7600 iş yeri yaradacağını açıqlayıb.

Sərmayənin böyük hissəsi dünyanın ən iri alternativ aktiv idarəedicisi olan “Blackstone” şirkətindən gələcək. Şirkət qarşıdakı on il ərzində Böyük Britaniyaya 90 milyard funt sterlinq yatırmağı planlaşdırır. Bu həftənin əvvəlində isə “Microsoft” Böyük Britaniyada dörd il ərzində 22 milyard funt, “Google” isə Hertfordşirdəki mövcud data mərkəzini genişləndirmək üçün iki il ərzində 5 milyard funt sərmayə yatıracağını bəyan edib.

Xatırladaq ki, “Blackstone” iyun ayında qarşıdakı on ildə Avropaya 370 milyard funt sterlinq investisiya qoyacağını da açıqlamışdı.

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr