Beyləqan. Trend:
Beyləqanda kişi həyat yoldaşını bıçaqlayıb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Rəsulzadə küçəsindəbaş verib.
Rayon sakini 1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızısağ saidin kəsilmiş açıq yarası ilə Beyləqan Mərkəzi RayonXəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən Ü.Mahmudlu ailədaxili mübahisəzəminində həyat yoldaşı tərəfindən xəsarət yetirildiyinibildirib.
Faktla bağlı araşdırma aparılır.