AZ

Özbəkistan Avrasiya İnkişaf Bankına qoşulur

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Prezident Şavkar Mirziyoyevin “Özbəkistanın Avrasiya İnkişaf Bankına üzvlüyü ilə bağlı tədbirlər haqqında” qərarı qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, sənəd “Özbəkistan Avrasiya İnkişaf Bankının yaradılması haqqında Sazişə (Astana, 12 yanvar 2006-cı il) qoşulması haqqında” qanunun icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qeyd olunur ki, AİB-in nizamnamə kapitalında hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 777 777 səhm Özbəkistana ayrılıb.

AYİB-in nizamnamə kapitalında payların alınması üçün Özbəkistan tərəfindən həyata keçiriləcək ödənişlərin qrafiki təsdiq olunub. Bu məqsədlər üçün İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən 2025-ci ildə İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinə dövlət büdcəsindən zəruri vəsait ayrılacaq, 2026-cı ildən isə dövlət büdcəsinin parametrlərində nəzərdə tutulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
bakivaxti.az

4Mənbələr