AZ

Bu ölkədə "Lassa" qızdırmasından 162 nəfər öldü

Nigeriyada "Lassa" qızdırması sürətlə yayılmağa başlayıb.

BAKU.WS xəbər verir ki, paytaxt Abuca da daxil olmaqla 21 bölgədə bu xəstəliyə tutulanların sayı artır.

Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Sonuncu dəfə xəstəlik 25-31 avqust tarixlərində baş qaldırıb. 1 yanvar və 1 avqust tarixlərində isə bu xəstəliyə tutulanların sayının 871-ə çatıb. Hazırda ölənlərin sayı isə 162-dir.

Ötən il isə bu xəstəlikdən 190 sakin həyatını itirib.

Xatırladaq ki, Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib. Mali, Toqo, Qanada bu xəstəlik daha çox müşahidə edilib.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə şimal-şərqdəki Borno əyalətində aşkarlanıb.

Siçovul nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səlahiyyətlilər əhalini siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Seçilən
23
far.az

1Mənbələr