AZ

Putin Administrasiyasının müavini İSTEFA VERDİ Ukrayna müharibəsinə qarşı çıxırdı

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya prezidenti administrasiyasının müavini Dmitri Kozak vəzifəsindən istefa ərizəsi verib və onun ərizəsi qəbul olunub.Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks”a etibarlı mənbə məlumat verib.“RBK” iki mənbəyə istinadən xəbər yayıb ki, Kozak şəxsi istəyilə administrasiyada müavin vəzifəsindən ayrılmaq üçün ərizə yazıb. “İnterfaks”ın mənbəsi isə bildirib ki, “Kozakın ərizəsi qəbul olunub, cümə onun indiki vəzifədə son iş günü olacaq”.Xatırladaq ki, “The New York Times” iyul ayında yazmışdı ki, Kozak hələ 2022-ci ildə prezident Vladimir Putinə Ukraynaya müdaxilə etməməyi tövsiyə edib, 2025-ci ildə isə ona sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən silahlı qüvvələri hökumətin nəzarətinə verməyi təklif edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

7Mənbələr