AZ

Baş Prokurorluq: Qəsdən adamöldürmə hallarında artım müşahidə olunmayıb

Ötən illərlə müqayisədə qəsdən adamöldürmə hallarında artım müşahidə edilməyib. Qeydə alınan qəsdən adamöldürmə hallarının əksəriyyəti isə məişət zəminində baş verib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bildirib.

O, Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib ki, quldurluq, tamah və digər niyyətlərdən irəli gələn qəsdən adamöldürmə faktlarına isə daha az təsadüf olunub. “Xüsusilə yay aylarında ən çox rast gəlinən hallar şəxsi münasibətlərdəki ziddiyyətlər zəminində törədilmiş qəsdən adam öldürmə cinayətləridir”,- deyə M.Abbasov əlavə edib.

Seçilən
9
5
sia.az

6Mənbələr