AZ

Yevlaxda yeraltı piyada keçidinin tikintisi nə yerdədir? - VİDEO

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə Bakıvaxtı.az-a AAYDA-dan məlumat verilib.

Bildirilir ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir.

Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib. Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.

 

Seçilən
24
7
bakivaxti.az

10Mənbələr