AZ

Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsində artım müşahidə olunub

2025-ci ilin müvafiq dövründə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində artım qeydə alınıb. Faktiki qiymətlərlə ümumi ixrac göstəricisi 90,76 bənd səviyyəsində formalaşıb, idxal isə 104,46 bənd təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq statistika göstəricilərində qeyd olunub. 

Statistikaya əsasən, MDB-yə üzv dövlətlərə ixrac 96,9 bənd, MDB-yə üzv olmayan ölkələrə isə 90,4 bənd səviyyəsində olub. Bu, MDB bazarlarında tələbatın nisbətən daha sabit qaldığını göstərir.

Ən yüksək ixrac artımı Özbəkistana (129,2 bənd) və Belarusa (96,3 bənd) qeydə alınıb. Qazaxıstana ixrac 92,9, Ermənistana 51,7, Moldovaya isə 89,9 bənd olub.

İdxalda isə MDB ölkələrindən idxal 115,1 bənd, MDB-yə üzv olmayan ölkələrdən idxal 101,6 bənd səviyyəsində müəyyənləşib. Ən yüksək idxal səviyyəsi Tacikistandan (125,4) və Qırğızıstandan (103,3) qeydə alınıb.

Qeyd edək ki, MDB üzvü olmayan ölkələrdən idxal həcmi də artmaqda davam edir — bu göstərici Qazaxıstan (109,0) və Moldova (119,7) kimi ölkələrdə yüksək səviyyədə olub.

Gülnar Nazimqızı 

Seçilən
10
1
anews.az

2Mənbələr