AZ

AFFA ödənişləri yubatdı, maaşlar ləngidi

Əsasən AFFA-nın ayırdığı ödəniş hesabına maliyələşən klublar problemlə üzləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qurum Premyer Liqa, I Liqa və II Liqa klubları üçün ayırdığı vəsaiti hələ köçürməyib.

Baxmayaraq ki, pul adətən hər ayın 10-na kimi büdcəyə "yatırılır". Ləngimə əsasən, aşağı liqa klublarında maaşların bir həftədən çoxdur yubanmasına, belədə narazılıqların yaranmasına səbəb olub. 

Qeyd edək ki, AFFA Premyer Liqada hər kluba illik 2,5 milyon ödəniş edir. Birinci Liqada çıxış edən 10 klubun hərəsinə 300 min, İkinci Liqadakı 12 klubun hərəsinə isə 50 min manat ayrılır.

Mirağa

Seçilən
46
1
fanat.az

2Mənbələr