AZ

Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq

Makron

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-da Bricit Makronun oğlan doğulması ilə bağlı yazılanlara qarşı qaldırdıqları iddia üzrə “fotoşəkillər və elmi sübutları” məhkəməyə təqdim etməyə hazırlaşırlar.

Reyting.az
xəbər verir ki, makronların vəkili Tom Klare sağçı amerikalı şərhçi Kandace Ovensə qarşı açılan böhtan işində sözügedən sənədləri məhkəməyə təqdim edəcəklərini bildirib.

Qeyd edək ki, Ovens Fransanın birinci xanımının kişi doğulduğunu iddia edən yazılar yayımlayıb və bu iddiaları dəfələrlə təkrarlayıb.

Makronların vəkili Klare isə Kandace Ovensin iddialarını “inanılmaz dərəcədə üzücü və diqqəti yayındıran” hesab etdiyini bildirib.

Bricit Macronun hamiləliyi və övladlarını böyütməsi ilə bağlı fotoların da mövcud olduğunu deyən vəkil əlavə edib ki, bu sənədlər qaydalara və standartlara uyğun olaraq məhkəməyə təqdim olunacaq.

Xatırladaq ki, keçmiş şərhçi və milyonlarla sosial media izləyicisi olan Ovens 2024-cü ilin martında bu iddiaya “bütün peşəkar nüfuzunu” qoyacağını deyib. Ovensin vəkilləri isə işin rədd edilməsi üçün məhkəməyə müraciət ünvanlayıblar.

Fransanın birinci xanımına qarşı ittihamlar ilk dəfə 2021-ci ildə fransız bloggerlər Amandine Roy və Nataxa Rey tərəfindən yayımlanan YouTube videosu ilə ortaya çıxıb. Makron ailəsi 2024-cü ildə Fransada Roy və Rey-ə qarşı açılan böhtan işini udub, lakin 2025-ci ildə apellyasiya şikayətində qərar “əslində əsası olmayan ifadələrə ifadə azadlığı çərçivəsində baxıla bilər” səbəbiylə ləğv olunub.

Makronlar 2025-ci ilin iyulunda ABŞ-da Ovensə qarşı iddia qaldırıblar.

V. QULİYEV
Seçilən
1
1
reyting.az

2Mənbələr