AZ

Türkiyədə yeni səhiyyə kompleksi inşa ediləcək

BAKI, TurkicWorld:

Üzeyir Hacıbəyli və Fikrət Əmirovun inciləri Pekində səsləndi

Çinin ən möhtəşəm səhnələrindən hesab olunan Pekin şəhərindəki “Milli İfa Sənəti Mərkəzi”nin Konsert Zalında Çin Milli Baletinin Simfonik Orkestrinin iştirakı ilə klassik musiqi axşamı keçirilmişdir.

Konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Respublikasının əməkdar artisti Əyyub Quliyevin dirijorluğu və Tamilla Əhədovanın fortepianoda müşayiəti ilə baş tutmuşdur.

Konsert zamanı Avropa və Çin bəstəkarlarının bəstələdiyi musiqi nömrələri ilə yanaşı, Üzeyir Hacıbəyli və Fikrət Əmirovun da əsərləri ifa edilmişdir.

Əyyub Quliyev tamaşaçılara xitabən Çin auditoriyasının Azərbaycan musiqisi ilə yaxından tanış olduğunu və bu il anadan olmasının 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çində ilk dəfə 1959-cu ildə səhnəyə qoyulduğunu söylədi. 2024-cü il ərzində isə Fikrət Əmirovun “Min bir gecə” baletinin Çinin müxtəlif şəhərlərində səhnəyə qoyulduğunu və tamaşaçılar tərəfindən rəğbətlə qarsalandığını bildirdi.

Konsertin sonunda Çin Milli Baletinin Simfonik Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarlarının əsərlərindən ibarət parçalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Seçilən
47
turkic.world

1Mənbələr