AZ

QHT sədri Cenevrədə Kasetli Silahlar Konfransında iştirak edir - FOTOLAR

Cenevrə şəhərində, Millətlər Sarayında Kasetli Silahlara dair Konvensiyaya üzv dövlətlərin 13-cü İllik Konfransı keçirilir.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Tədbirdə iştirak edən QHT sədri qeyd edib ki, konfrans çərçivəsində çoxsaylı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilir və Azərbaycanda kasetli silahların yaratdığı problemlər onların diqqətinə çatdırılır:

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırladığımız ‘The problem of cluster munitions in the Republic of Azerbaijan’ adlı hesabatı bütün görüşlərdə təqdim edirik və bu çox maraqla qarşılanır. Konfrans çərçivəsində görüşlərimiz davam edir.”

Konfransda kasetli silahların istifadəsinin nəticələri, humanitar fəsadların azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzuları müzakirə olunur.

 

Pərvanə Fərhadqızı

Seçilən
82
qht.az

1Mənbələr