AZ

Milli Məclisin komitə iclası keçirilir

BAKI, 18 sentyabr. TELEQRAF

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır.

1. 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).

4. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqinda”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaştırma haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).

5. “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanununun layihəsi.

6. “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanununun layihəsi.

7. Cari məsələ.

Seçilən
6
2
teleqraf.com

3Mənbələr