AZ

Yeni "McDonald's" restoranı "Port Baku Mall"un qarşısında fəaliyyətə başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının mərkəzində "McDonald"s Azərbaycan"ın sayca 33-cü restoranı istifadəyə verilib. Yeni restoran Nəsimi rayonunda, "Port Baku Mall"un yaxınlığında, K. Səfərəliyeva küçəsi 133 ünvanında yerləşir.
Restoranın açılış mərasimində "McDonald"s Azərbaycan" şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə və iş adamı Ramin Hacıyev iştirak ediblər.
Restoran 125 qonaq üçün nəzərdə tutulub və müasir "in-store" formatında - "Luna" dizaynında tikilib. Bu dizayn üslublu memarlıq həlləri və funksional planlaşdırmanı birləşdirərək ziyarətçilər üçün rahat mühit yaradır.
Digər "McDonald"s Azərbaycan" restoranlarında olduğu kimi, burada da müasir xidmət texnologiyaları tətbiq olunub - interaktiv özünəxidmət köşkləri (EOTF), həmçinin "table service" - sifarişlərin birbaşa masaya çatdırılması xidməti. Restoranda geniş çeşidli qəhvə içkiləri və desertlər təqdim edən "McCafé"də fəaliyyət göstərir. Qonaqların rahatlığı üçün həmçinin "McDelivery" xidməti də mövcuddur ki, bu da yeməklərin evə və ya ofisə sifariş edilməsinə imkan verir.
Yeni restoranın açılışı ilə 75 iş yeri yaradılıb. Hazırda "McDonald"s Azərbaycan" ölkə üzrə 3 000-dən çox Azərbaycan vətəndaşını işlə təmin edir.
"McDonald"s" şirkəti, Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olaraq, artıq 25 ildən çoxdur ki, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir və yerli istehsalın həcminin genişlənməsinə dəstək olur.
Xüsusilə, "McDonald"s" Azərbaycanın müxtəlif iqtisadi sahələrdən olan 100-dən çox yerli podratçı ilə dayanıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrə təchizat və logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmətlər daxildir.
Seçilən
44
4
oxu.az

6Mənbələr