AZ

114,8 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-avqust aylarında ölkədən 114,8 milyon ABŞ dolları dəyərində 377,6 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 46 faiz və ya 36,1 milyon dollar, həcm baxımından isə 4,4 faiz və ya 16 min ton çoxdur.

Cari ilin ilk 8 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,67 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,78 faizə bərabər olub.

Seçilən
1
2
operativmedia.az

5Mənbələr