ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətlərindən məyusdur. Lakin hələlik dəstəyini açıq şəkildə geri götürməyə hazır deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.
“Tramp son həftələrdə bir neçə köməkçisinə bildirib ki, Netanyahu onun istədiyi kimi məsələni danışıqlar yolu ilə həll etmir. O, HƏMAS-ı təslim olmağa məcbur etmək üçün hərbi gücdən istifadə etməyə üstünlük verəcək. İsrailin Qətərdə HƏMAS müzakirəçilərinə hücumundan bir neçə saat sonra Ağ Ev rəhbərinin Netanyahu ilə bağlı məyusluğu daha da böyüyüb. Hətta o, bundan yorulduğunu da deyib”, – məqalədə qeyd olunub.
Bununla belə, nəşrin mənbələri hesab edir ki, ABŞ prezidenti İsraili dəstəkləməkdən əl çəkməyəcək.
Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohada ənənəvi olaraq HƏMAS rəhbərliyinin nümayəndələrinin yerləşdiyi binaya zərbələr endirib.
Xatırladaq ki, Ukrayna münaqişəsində irəliləyiş əldə edə bilməyən D.Tramp bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə bağlı da məyusluğunu ifadə etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.