Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qardaşım bir ildir rəhmətə gedib. İllərlə ağır xəstə olub. Xəstəxanada reanimasiyada o yan, bu yana qaçıb həkimlərə yalvarırdım. Bir qadın tutub məni soruşdu ki, "sizin də dərdiniz var?". Təsəvvür edirsiniz? Elə bilirlər, müğənnilərin dərdi yoxdur, deyirik, gülürük. Bizim sənətimiz budur. Hərənin bir peşəsi var. Hamı insandır. Gərək insanlar biri-birini incitməyələr. Həyatdır. Bir gün mənim, sabah sənin başına gələr. Həyatda gərək heç kimi qınamayasan".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Gün ortası" verilişində deyib. Müğənni qardaşının xəstəliyindən, insanların ona münasibətindən danışıb:
"Bir şeyi qınamaq olar. Onu desəm, sözün içindən söz çıxaracaqlar. Deməli bu, imtahandadır. Allah onları heç vaxt bağışlamayacaq. Əgər Allah bağışlayırsa, haqsızlıq edilən insan bağışlamır. Allah bizi o günahlardan uzaq etsin. O insan bunu son nəfəsində başa düşür, amma gec olur. O vaxt insanların bir üzü var idi. İndi üzünə gülüb, arxasını çevirib səndən danışırlar. Yalandan insanlar bir-birinin üzünə necə baxa bilər? İndi yalandan üzünə dururlar. Şokdayam. Mən utanaram. Artıq səmimiyyət hörməti azaldır. Hər şey normasında olmalıdır. Onda səndən də istifadə edəcəklər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.