AZ

Cəlalabadın adı dəyişdirildi

BAKI, 18 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov “Cəlalabad şəhərinin adının Manas adlandırılması haqqında” qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qanun parlament tərəfindən 2025-ci il sentyabrın 10-da qəbul edilib.

Məlumatda deyilir ki, qanunun məqsədi milli ideologiyanın gücləndirilməsi və Cəlalabad şəhərinə qırğız xalqının milli qəhrəmanı və yadelli işğallardan müdafiəçisi böyük Manasın adının verilməsidir.

Sənəd rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.

Cəlalabadın rəsmi yaranma tarixi 1877-ci ilin oktyabrıdır. Şəhərin sahəsi 64,6 kvadratkilometrdir və 184 mindən çox insan yaşayır.

Seçilən
15
5
teleqraf.com

7Mənbələr