AZ

"Formula 1" günlərində Bakı metrosunun iş rejimi iki saat uzadılır

Bakı metrosu "Formula 1" yarışının keçiriləcəyi günlərdə sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

 

Senzor.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.  

 

Qeyd olunub ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.    

Seçilən
11
33
senzor.az

10Mənbələr