ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İntihar etdiyi iddiaları ilə xəstəxanaya yerləşdirilən məşhur türkiyəli aktyor Ufuk Özkan artıq evə buraxılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, onun yaxın dostu Mehmet Uslu bununla bağlı paylaşım edib.
O, Özkanın vəziyyətinin yaxşı olduğu bildirib.
"Biz xəstəxanadan çıxdıq. Vəziyyəti çox yaxşıdır", - deyə yazan dostu paylaşımına birlikdə çəkdirdikləri şəkli əlavə edib.
Bir neçə gün öncə Ufuk Özkanın özünə qəsd etdiyi xəbərləri yayılmışdı, lakin aktyor bu iddiaları təkzib etmişdi.
Qeyd edək ki, bir neçə il əvvəl qaraciyər çatışmazlığı səbəbindən çətin günlər yaşayan Özkan hazırda orqan nəqli prosesi üçün müalicəsini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.