AZ

Kral III Çarlz Trampın şərəfinə verilən ziyafətdə Ukraynaya dəstək oldu

BAKI, 18 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın şərəfinə verilmiş ziyafətdə çıxış edib.

Teleqraf xəbər verir ki, çıxışı zamanı o, Ukraynaya dəstək haqqında bəyanat verib.

“Bu gün, tiraniyanın yenidən Avropanı təhdid etdiyi bir zamanda, biz və müttəfiqlərimiz Ukraynanı dəstəkləmək, təcavüzü dayandırmaq və sülhə nail olmaq üçün birləşmişik”, - monarx bildirib.

Daha sonra Britaniya Kralı Trampın dünyada sülhün təmin edilməsi üçün göstərdiyi səyləri xatırladıb. III Çarlz onun “dünyanın ən mürəkkəb münaqişələrindən bəzilərinə həll yolları tapmağa şəxsi sadiqliyini” qeyd edib.

Seçilən
65
teleqraf.com

1Mənbələr