AZ

Prezident administrasiyası rəhbərinin müavini istefa verdi - FOTO

Dmitri Kozak həftəsonu öz istəyi ilə prezident administrasiyası rəhbərinin müavini vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsi yazıb.

Paytaxt.org xəbər verir ki, bu barədə RBK-ya məmurun qərarı ilə tanış olan iki mənbə bildirib.

Mənbələrdən biri onun çərşənbə günü kollektivlə görüşünün planlaşdırıldığını vurğulayıb.

Kozak biznesə keçmək üçün müxtəlif təklifləri nəzərdən keçirir.

Qeyd edək ki, Kozak Prezident Vladimir Putinin çoxdankı silahdaşıdır.

Kozak postsovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasətə cavabdeh olmaqla, xarici ölkələrlə sərhədyanı əməkdaşlıq və regionlararası və mədəni əlaqələr idarəsinin işini kurasiya edirdi.


Seçilən
35
9
paytaxt.org

10Mənbələr