AZ

"Luis Enrike əla məşqçidir"

PSJ-nin kapitanı Markinyos baş məşqçi Luis Enrike barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" braziliyalı futbolçunun fikirlərini belə çatdırıb:

"Men Luis Enrikeni çox sevirəm. O, böyük məşqçidir, oyunçuları motivasiya etməyi, fiziki, taktiki və mənəvi baxımdan hazırlamağı yaxşı bilir. Biz hər hansı oyun ssenarisinə uyğunlaşmağa hazırıq"

Markinyos bildirib ki, Enrike məşqlərdə komandaya bilərəkdən yanlış qərarlar verərək, oyunçulara matçlarda hakimlə mübahisə etməməyi və qarşılaşmalardakı çətinliklərə uyğunlaşmağı öyrədir.

Hazırda PSJ Fransa çempionatında 4 turdan sonra 12 xalla turnir cədvəlində liderdir.

Seçilən
35
90deqiqe.az

1Mənbələr