ain.az bildirir, Sportal.az portalına istinadən.
Braziliyalı dünya ulduzu Duqlas Kostanın qanunla bağlı problemləri yaranıb.
Sportal.az xəbər verir ki, bu gün Porto-Aleqredə ailə məsələləri üzrə məhkəmə “Bavariya”, “Yuventus” və “Şaxtyor”un sabiq yarımmüdafiəçisinin aliment ödəmədiyi üçün 30 gün müddətinə həbsinə qərar verdi. Globo-nun sənədə istinadən yaydığı məlumata görə, ümumi borc məbləği 492 965,29 real (təxminən 93 min dollar) təşkil edir.
İşə baxılma prosesi gizli aparılır. Həbs orderi iki il qüvvədə qalacaq.
“Sidney” 35 yaşlı futbolçu ilə müqavilənin tərəflərin qarşılıqlı razılığı ilə ləğv olunduğunu elan edib. Klub dəqiqləşdirib ki, Kosta hüquqi və şəxsi səbəblərə görə Avstraliyaya qayıda bilməyəcək.
Braziliyalıya vəziyyəti yoluna qoymaq üçün iki ay vaxt verməyə hazır idilər, lakin Duqlas klub rəhbərliyinə işin nə vaxt yekunlaşacağının bəlli olmadığını bildirib.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.