Avqustun 26-dan bu günə qədər məşhur Çin "Labubu" kuklalarının istehsalçısı "Pop Mart International"ın bazar dəyəri 13 milyard dollar ucuzlaşıb.
Paralel.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Sentyabrın 15-nə şirkətin bazar kapitallaşması 44 milyard dollar təşkil edib. "Bloomberg"ə görə, azalma oyuncaqlar ətrafında həyəcanın azalması ilə əlaqədardır. Həmin gün səhmlər 9% ucuzlaşıb. Bu, aprel ayından bəri ən böyük azalma olub. "JPMorgan Chase & Co." analitikləri səhmin reytinqini "üstün"dən "neytral"a endiriblər.
"Pop Mart International"ın yaradıcısı Vanq Ninq Çinin ən gənc milyarderlərindən biri olaraq qalır. Sentyabrın 15-nə olan məlumata görə, o və ailəsi Forbes Real-Time Milyarderlər Siyahısında 108-ci yerdə qərarlaşıb. Onların xalis sərvəti 21,6 milyard dollar (-6,4%) qiymətləndirilir. Ailə bir gündə 1,5 milyard dollar itirib.(qaynarinfo)