AZ

Futbol üzrə Azərbaycan Kubokunun püşkatması KEÇİRİLDİ

Futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov klubların ötən mövsümkü reytinqlərinə əsasən 4 səbətə bölündüyünü bildirib.

O, 1/4 final mərhələsindən sonra komandaların ev və səfər prinsipi əsasında mübarizə aparacaqlarını söyləyib.

Abbasov II təsnifat mərhələsində ev sahibi klubun stadionu standartlara uyğun gəlməyəcəyi halda yerinin dəyişdiriləcəyini diqqətə çatdırıb. Daha sonra xüsusi qonaq - şahmat üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Aydın Süleymanlı püşkü çəkmək üçün dəvət olunub.

Püşkün nəticələri belə olub:

I təsnifat mərhələsi

3. "Göygöl" - 4. "Şəmkir"

8. Şəki" - 9. "Araz Saatlı"

10. "Qaradağ Lökbatan" - 11. "Ağdaş"

32. "Dinamo" - 31. "Kür-Araz"

27. "Ağstafa Gəncləri" - 26. "Şirvan"

25. "Quba" - 24. "Xankəndi"

II təsnifat mərhələsi

"Səbail" - "Şamaxı"
"Göygöl" / "Şəmkir" cütünün qalibi - "Baku Sportinq"

"Karvan-Yevlax"- "Şəki" / "Araz Saatlı" cütünün qalibi

"Qaradağ Lökbatan" / "Ağdaş" cütünün qalibi - "İmişli"
"Qəbələ" - "Mingəçevir"

"Cəbrayıl" - "Şəfa"

"Şimal" - "Şahdağ Qusar"

"Dinamo" / "Kür-Araz" cütünün qalibi - "Turan Tovuz"

"Kəpəz" - "Ağstafa Gəncləri" / "Şirvan" cütünün qalibi

"Quba" / "Xankəndi" cütünün qalibi - "Difai"

"Zaqatala" - "Sumqayıt"

"Neftçi" - MOİK

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
1
bizim.media

5Mənbələr