AZ

"Benfika" Mourinyo ilə danışıqlarda irəliləyiş əldə edib

"Benfika" portuqaliyalı məşqçi Joze Mourinyo ilə danışıqlarda irəliləyib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

62 yaşlı mütəxəssis özü Portuqaliya klubunda işləməyə hazırdır. O, tez bir zamanda baş məşqçi vəzifəsinə təyin olunmaq niyyətindədir.

Bildirilir ki, razılaşma yaxın zamanda imzalana bilər.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda ötən gecə "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub etdikdən sonra Portuqaliya təmsilçisinin baş məşqçisi Bruno Lage istefaya göndərilib.
Seçilən
6
2
sherg.az

3Mənbələr