Azərbaycan Kubokunun həlledici oyununun keçiriləcəyi stadion müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov turnirin püşkatma mərasimində final qarşılaşmasının "Neftçi Arena"da təşkil olunacağını qeyd edib.
Azərbaycan futbolunun ən önəmli oyunlarından biri sayılan final matçı mayın 13-də baş tutacaq.