"Quba" növbəti transferini reallaşdırıb. 


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Komandanın növbəti transferi də ABŞ-dən olub. ABL-in iştirakçısı 2000-ci il təvəllüdlü hücumçu Amadou Traore ilə anlaşıb. 


Nyu-Yorkdan olan olan Traore artıq "Quba"nın məşqlərinə qoşulub. Azərbaycana gələnə qədər isə Traore "University of Bridgeport" komandasının üzvü olub.