AZ

"Rusiya ordusu artıq genişmiqyaslı əməliyyatlar aparmaq gücündə deyil" - Zelenski

"Ukrayna hər il müharibəyə 120 milyard dollar xərcləyir..."

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə keçirdiyi brifinqdə həm ölkəsinin hərbi ehtiyacları, həm də Rusiyanın hazırkı vəziyyəti barədə önəmli açıqlamalar verib.

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.

Silah tədarükü və ABŞ ilə əməkdaşlıq

Zelenski bəyan edib ki, müttəfiqlər yeni təşəbbüs - "Ukraynanın prioritet tələbləri siyahısı" (PURL) çərçivəsində vasitəsilə ABŞ-dan silah alacaqlar. İlk iki paket hər biri 500 milyon dollar dəyərində olacaq və əsasən "Patriot" zenit raket kompleksləri üçün raketlər, həmçinin HIMARS sistemləri üçün mərmilər nəzərdə tutulur.

Prezidentin sözlərinə görə, oktyabr ayının sonuna qədər ümumi yardımın məbləği 3,6 milyard dollara çatacaq. Zelenski əlavə edib ki, PURL proqramı ilə Ukraynanın hədəfi müttəfiqlərdən hər ay təxminən 1 milyard dollar dəyərində silah dəstəyi almaqdır. ABŞ artıq ilk paket satışını təsdiqləyib.

Müharibənin maliyyə yükü

Prezident həmçinin vurğulaylb ki, Ukrayna hər il müharibəyə 120 milyard dollar xərcləyir, bunun yalnız yarısını dövlət büdcəsi qarşılaya bilir. Əgər müharibə 2026-cı ilə qədər uzansa, əlavə 60 milyard dollar tapılmalıdır. "A planı" müharibəni bitirmək, "B planı" isə illik 120 milyard dollarlıq müharibə xərclərini qarşılamaqdır. Bu, çox böyük bir sınaqdır", - Zelenski bildirib. O, qeyd edib ki, bu məbləğ yalnız aktiv döyüşlərin davam etdiyi müddətə aiddir. Atəşkəs və ya etibarlı təhlükəsizlik zəmanətləri şəraitində xərclərin kəskin azalacağı gözlənilir.

Rusiyanın yay kampaniyası və uğursuzluqları

Zelenski yay aylarında Rusiyanın apardığı hücum əməliyyatlarını da dəyərləndirib. Onun sözlərinə görə, Moskva dörd əsas istiqamətdə - Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye cəbhələrində böyük hücumlar planlaşdırıb. Lakin Sumı əməliyyatı uğursuzluqla nəticələnib, Rusiya isə ciddi itkilər verərək qüvvələrini digər cəbhələrə yönəltməli olub.

"Onlar xüsusilə şəxsi heyətdə böyük itkilər verib. Ukrayna Silahlı Qüvvələrinin uğurlu addımları nəticəsində Rusiya ordusu artıq genişmiqyaslı əməliyyatlar aparmaq gücündə deyil", - prezident qeyd edib.

Ukrayna Baş Qərargahının məlumatına görə, yalnız bu ilin əvvəlindən indiyədək Rusiya 290 mindən çox itki verib. Zelenskinin fikrincə, Kremlin yay hücumu gözləniləndən daha zəif keçib və Rusiyanın yeni genişmiqyaslı hücuma hazır ola bilməsi çətin görünür.

Seçilən
6
moderator.az

1Mənbələr