AZ

İqlim dəyişikliyi Avropada ölüm sayını artırıb

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İqlim dəyişikliyi bu yay Avropa şəhərlərində qızmar yay temperaturlarına səbəb olub ki, bu da ölüm sayını artırıb.Newscenter.az London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin araşdırmasına istinadən bildirir ki, bu yay qoca qitədə istidən ölənlərin sayı 16,500 nəfər təşkil edib.Araşdırma Avropanın 854 şəhərində aparılıb. Araşdırmada istilik dalğalarının insanların yaratdığı iqlim dəyişikliyi ilə daha şiddətli və tez-tez baş verdiyini üzə çıxarıb.Araşdırmaya görə, tədqiq edilən şəhərlərdə havanın temperaturu iqlim dəyişikliyinə görə orta hesabla 2,2 dərəcə artıb, bəzi bölgələrdə isə bu artım 3,6 dərəcəyə çatıb.Bu yay istidən ölənlərin sayının təxminən 24,400 olduğu təxmin edilirdi. İqlim dəyişikliyinin temperaturun kəskinləşməsinin ölənlərin sayını təxminən 16,500 nəfər artırdığı təxmin edilir.Ən çox ölüm Romada qeydə alınıbAraşdırmaya görə, iqlim dəyişikliyi ilə bağlı temperatur artımı ilə bağlı ən çox ölüm 4597 nəfərlə İtaliyada, ondan sonra isə 2841 ölüm halı ilə İspaniyada olub. Sonrakı yerləri 1477 ölüm hadisəsi ilə Almaniya, 1444-lə Fransa və 1147 hadisə ilə Böyük Britaniya tutub.Mehman Mehdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
newscenter.az

2Mənbələr