AZ

“Mançester Siti mənim yeganə seçimim idi”

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə keçiriləcək ilk oyunöncəsi transferinin təfərrüatlarını açıqlayıb. 

QOL.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, o deyib:

“Çox açıq şəkildə bildirdim ki, mənim istəyim bura gəlmək idi. Bu mənim ilk və yeganə seçimim idi. Ona görə də xoşbəxtəm ki, “Mançester Siti”dəyəm, bu fantastik komandanın və ailənin bir hissəsiyəm. Bu rənglər və emblema üçün çox şey vermək istəyirəm və ümid edirəm ki, bunu uzun illər edəcəyəm”.

Qeyd edək ki, Donnarumma bu yay PSJ-dən “Mançester Siti”yə keçib. O, ötən mövsüm Paris təmsilçisi ilə Fransa çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub və Klublararası dünya çempionatının finalına yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
qol.az

3Mənbələr