AZ

Böyük Qayıdış proqramına uyğun olaraq, məskunlaşma və yenidənqurma müşahidə edirik

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Böyük Qayıdış proqramına uyğun olaraq, məskunlaşma, eləcə də bərpa və yenidənqurmanın həyata keçirilməsini müşahidə edirik".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Böyük Qayıdışla bağlı qanunvericilik sisteminin necə formalaşmasını izah edərkən deyib. 

Deputat Böyük Qayıdışla bağlı dövlət proqramının icra olunduğunu qeyd edib:

"Artıq birinci dövlət proqramı icra olunmaqdadır. Bütövlükdə bütün qayıdış prosesi, eyni zamanda bərpa və yenidənqurma, məskunlaşma dövlət proqramı çərçivəsində həyata keçirilir və həmin proqram da Prezident tərəfindən imzalanıb və icra olunur".

Vüqar Bayramov vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi hər zaman aktualdır:

"Bu baxımdan, hörmətli Zahid Orucun qeyd etdiyi qanunvericiliyin təkmilləşdirilməsi prosesi həyata keçirilə bilər. Amma sözsüz ki,  qanunvericilkdə həm də dövlət proqramının istiqamətlərini nəzərə almaqla formalaşdırmaq və təkmilləşdirmək olar. Bütövlükdə Böyük Qayıdış proqramına uyğun olaraq, biz Azərbaycanda məskunlaşma və eləcə də bərpa yenidənqurmanın həyata keçirilməsini müşahidə edirik".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxışı zamanı deyib ki, Böyük Qayıdışla bağlı qanunvericilik sistemi formalaşmalıdır. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr