AZ

KİV: Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarını oktyabrın 23-dək verə bilər

KİV: Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarını oktyabrın 23-dək verə bilər

Avropa İttifaqının maliyyə nazirləri 19-20 sentyabr-da Kopenhagendə keçiriləcək görüşdə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadəsini müzakirə edə bilərlər.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bu məsələ ilə bağlı qərar Aİ liderlərinin 23-24 oktyabr sammitində qəbul edilə bilər.

Agentliyin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynanın hərbi kampaniyasını təcili maliyyələşdirmə çağırışından sonra Aİ-də müzakirələr yenidən intensivləşib. Digər amil isə ABŞ-ın təzyiqi olub. ABŞ Avropanı bu vəsaitlərdən daha aktiv istifadə etməyə çağırır.

Bundan əlavə, Avropada ABŞ-ın Ukraynaya verdiyi dəstəyi geri çəkə biləcəyi ilə bağlı narahatlıqlar var. Bu isə maliyyə dəstəyinin yükünü Avropa İttifaqına və xüsusilə də onun ən böyük iqtisadiyyatı olan Almaniyaya keçirəcək. Agentliyin yazdığına görə, əvvəllər bu təşəbbüsə qarşı çıxan Almaniya hökuməti artıq mövqeyini dəyişib və “fondlardan maksimum gəlir əldə etməyi” mümkün hesab edir.

Seçilən
13
afn.az

1Mənbələr