AZ

"Olimpik Marsel" üzərində qələbə "Real Madrid"ə tarixi uğur gətirdi

"Real Madrid" UEFA Çempionlar Liqasının tarixində 200 qələbə qazanan ilk klub olub.

Fanat.Az xəbər verir ki, bu uğur "Kral klubu"nun dünən "Olimpik Marsel" üzərində 2:1 hesablı qələbəsindən sonra rəsmiləşib.

Madrid təmsilçisi turnirin tarixi ərzində ən çox iştirak edən, ən çox qalib gələn və ən çox kubok qazanan komanda olaraq rekordçu ünvanını özündə saxlayıb. İspaniya nəhəngi 15 dəfə Çempionlar Liqasının qalibi olub və bu göstəricidə böyük fərqlə liderdir.

Kamil Xudiyev

Seçilən
21
1
fanat.az

2Mənbələr