AZ

Biləcəridə yağışdan sonra bu yolu su basıb

Yağışlı havalarda Biləcəri dairəsində, Rəşid İsmayılov küçəsində yerləşən yolda vəziyyət daha da ağırlaşır.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, hər dəfə yağışdan sonra ərazini su basır, avtomobillər sanki "suda üzür".

Ərazidə kanalizasiya lyuku olsa da, işləmədiyi üçün yağış suları küçədən çəkilmir. Bu da həm sürücülərə, həm də piyadalara ciddi çətinlik yaradır.

Görüntüləri olduğu kimi təqim edirik:

Seçilən
28
1
far.az

2Mənbələr