AZ

ABŞ Ukraynanın bərpa fonduna ilk töhfəni verdi...

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) ABŞ-Ukrayna Bərpa İnvestisiya Fonduna 75 milyon dollar məbləğində ilk töhfəsini açıqladı.

Ukrayna da müvafiq məbləğdə töhfə verəcək və fondun ümumi kapitalını 150 milyon dollara çatdıracaq.

SİA xəbər verir ki,bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko Telegram kanalında məlumat verib.

...Bu, Fondun tam fəaliyyətə başlaması prosesində daha bir mühüm addımdır və bu gündən biz əməliyyat işlərinin başlandığını bəyan edə bilərik, - Ukraynanın baş naziri qeyd edib.

Onun sözlərinə görə, ilkin diqqət enerji, infrastruktur və kritik minerallar üzrə layihələrə yönələcək.

O qeyd edib ki, Ukrayna 2026-cı ilin sonuna kimi üç layihə həyata keçirmək niyyətindədir.

Fond bərabərlik prinsipi əsasında qurulub. Ukrayna Amerika tərəfi ilə eyni maliyyə öhdəliklərini üzərinə götürür.

Bu qərar ilk irimiqyaslı layihələrin maliyyələşdirilməsinə, müasir istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin yaradılmasına, Ukraynanın iqtisadiyyatını və təhlükəsizliyini gücləndirəcək texnoloji həllərə yol açır.

...Bu əsas kapitalın bizim üçün əlavə əhəmiyyəti var: Amerika sərmayələri həm Ukrayna, həm də ölkəmizdəki Amerika biznesləri üçün etibarlı təhlükəsizliyin təminatı ola bilər, - Sviridenko əlavə edib

Əli Babayev

Seçilən
23
1
sia.az

2Mənbələr