AZ

Müxalifət ölkədə “Maydan” təşkil etmək istəyir Papuaşvili

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oktyabrın 4-də yerli seçkilər günü “dinc inqilab” planlaşdıran Gürcüstanda müxalifət və xaricdən maliyyələşən QHT-lər ölkədə “Maydan” təşkil etmək istəyirlər.

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Bu, bir neçə partiya və QHT-nin xaricdən təzyiq altında tutduğu təhlükəli yoldur. Bu yol birbaşa “Maydan”a, qan tökülməsinə və iğtişaşlara aparır”, - deyə Papuaşvili jurnalistlərə bildirib.

Parlamentinin spikeri xatırladıb ki, ötən ilin dekabrında “İsveç hökumətinin nümayəndəsi müxalifəti “Maydan” keçirməyə çağırıb”. Onun sözlərinə görə, “bir neçə siyasi qrup və xaricdən maliyyələşən QHT Gürcüstanda 1990-cı illəri canlandırmağa çalışır”. Papuaşvili həmçinin vurğulayıb ki, müxalifətin oktyabrın 4-ü keçirmək planlarını dəstəkləyən və bəzi səfirliklər kimi onlarla pərdəarxası görüşlər keçirən hər kəs zorakılığı təşviq edir.

Gürcüstan müxalifətinin bir hissəsi oktyabrın 4-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri günü “hökumətin dinc yolla devrilməsi” planlarını açıqlayıb. Bu məqsədlə onlar oktyabrın 4-ü axşam saatlarında insanları mərkəzi Rustaveli prospektində toplaşmağa çağırırlar.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvili bundan əvvəl saxlanılıb. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
bizimyol.info

1Mənbələr