AZ

Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizmi yaradır

Qazaxıstan parlamentində “Türk Dövlətləri Təşkilatının (TDT) Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” qanun layihəsinə dair rəy qəbul edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin Ekologiya və Təbii Sərvətlərin İdarə Edilməsi Komitəsinin sədri Edil Janbirşin məlumat verib.

“Saziş təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də digər dövlətlərin ərazisində baş verə biləcək zəlzələ və fövqəladə hallara qarşı birgə reaksiya mexanizminin yaradılmasını nəzərdə tutur. Sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün respublika büdcəsindən xərclər tələb olunacaq”, - deputat bildirib./teleqraf

Seçilən
21
2
turkustan.az

3Mənbələr