1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2025-ci ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 67 127 müraciət daxil olub.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər - 45 880;
- Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 7 156;
- Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər - 204;
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər - 1 190;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 867;
- Çağrı mərkəzinə daxil olan zənglər - 6 922;
- Xidmətin sosial şəbəkə hesabları və "onlayn bələdçi" xidməti vasitəsilə daxil olan müraciətlər - 1 364;
- Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər - 1 146;
- Digər müraciətlər - 2 398.