AZ

Zelenski BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək

Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti gələn həftə BMT Baş Assambleyasında (BA) iştirak etmək üçün Nyu-Yorka gedəcək.

Operativ Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxyi bəyan edib.

XİN sözçüsü brifinqdə bildirib:

“Gələn həftə, bəli, biz həqiqətən də BMT Baş Assambleyasına hazırlaşırıq. Ukrayna nümayəndə heyətinin səfəri, əlbəttə ki, yüksək səviyyədə olacaq, yəni Zelenski başda olmaqla”.

Ukrayna mediası daha əvvəl Zelenskinin BMT Baş Assambleyasında çıxışının sentyabrın 24-ü səhər saatlarına planlaşdırıldığını yazmışdı.

Qeyd edək ki, sentyabrın 9-da BMT Baş Assambleyasının yubiley sessiyası açılıb. Yüksək səviyyəli həftə sentyabrın 23-dən 29-dək davam edəcək.

Seçilən
25
operativmedia.az

1Mənbələr