AZ

Çin avtomobil nəhəngi "Chery" Rusiya bazarını tərk edir - Gizli planın təfərrüatı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin dövlətə məxsus "Chery" avtomobil istehsalçısı 2027-ci ilə qədər Rusiya bazarından, demək olar ki, tamamilə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.
Bildirilir ki, şirkət bu addımı beynəlxalq sanksiyalara və ixrac məhdudiyyətlərinə əməl etmək üçün atır.
Qeyd olunur ki, Rusiya Çinin nəhəng avtomobil konserninin öz ölkəsindən kənardakı ən böyük və faktiki olaraq yeganə bazarıdır.
Öz növbəsində "Mash" "Telegram" kanalı iddia edir ki, "Chery" Rusiya bazarından çıxmayacaq - Çin avtomobil sənayesinin əfsanəsi yeni "Tenet" brendi altında istehsal olunacaq. Rusiyadan "çıxış" isə sadəcə, Honkonq Fond Birjasında yerləşmək üçün həyata keçirilən manevrdir.
"Şirkətin bəyanatı yalnız sanksiyalara düşməmək üçün bir formallıqdır, çünki "Chery" birjada səhmlərini yerləşdirir və IPO zamanı 1.2 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Pul itirməmək üçün yeni ad düşünüblər və Rusiyada işlərini davam etdirəcəklər. Utilizasiya yığımının artırılması ərəfəsində şirkətdə ajiotaj yaşanır - insanlar kütləvi şəkildə avtomobilləri sifariş edirlər, satıcılar xəbərdarlıq edirlər - tezliklə hər şey minimum 300 min bahalaşacaq. Əməkdaşların sözlərinə görə, ehtiyat hissələri və xidmətlə bağlı problem olmayıb və olmayacaq", - deyə məlumatda vurğulanıb.
2024-cü ildə şirkətin ümumi gəlirinin 25.5%-i, 2023-cü ildə isə 17.7%-i Rusiyanın payına düşüb.
"Bu ilin mart ayının sonuna ölkəmizdə 372 diler nümayəndəliyi və 687 salon var. Beləliklə, çıxmaq, sadəcə, sərfəli deyil", - deyə mənbə əlavə edib.
Seçilən
50
1
oxu.az

2Mənbələr