AZ

Bakıda qəza təhlükəsi yaradan piyada sürücünü özündən çıxardı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Xətai rayonu, “Xalqlar Dostluğu” metrosunun yaxınlığında qayda pozan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Videodan görünür ki, orta yaşlı kişi yolu təyin olunmamış yerdən keçərək həm özünü, həm də ərazidən keçən sürücüləri təhlükəyə atıb. Üstəlik o, işıqforun yaşıl işığına əhəmiyyət vermədən hərəkət edib. Bu vaxt moped sürücüsü siqnal verərək piyadaya xəbərdarlıq edib. Lakin o, sürücüyə də məhəl qoymadan yoluna davam edib. Xoşbəxtlikdən qəza baş verməyib. Piyadanın məsuliyyətsizliyindən qəzəblənən moto sürücü qışqıraraq ona iradını bildirib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
avtosfer.az

1Mənbələr