AZ

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

2024-cü ildə Azərbaycanda icraatda 1 385 vergi cinayəti işi olub.Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bu, 2023-cü illə müqayisədə 2,2 dəfə çoxdur.Hesabat dövründə 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib ki, bu da 1 il əvvələ nisbətən 90 % çoxdur.Ötən il başa çatmış cinayət işləri üzrə 55,3 milyon manat (əvvəlki illə müqayisədə 24,5 % çox) ziyan vurulub. Cinayət işləri üzrə dövlət büdcəsinə 32,5 milyon manat vəsait ödənilib.

Yaranma xüsusiyyətinə görə cinayət işlərinin 637 və ya 45,9 %-i başlanmış, 525 və ya 38 %-i icraatı təzələnmiş, 174-ü və ya 12,6 %-i əvəlki ildən icraatda qalmış, 42-si və ya 3 %-i başqa işlərdən ayrılmış, 7-si və ya 0,5 %-i isə digər hüquq-mühafizə orqanlarından daxil olanlar olub.

Seçilən
12
3
metbuat.az

4Mənbələr