AZ

Bakı Ali Neft Məktəbinin 30 komandası “TEKNOFEST 2025”in finalında

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İstanbulda təşkil olunan “TEKNOFEST-2025” Aerokosmik və texnologiya festivalının finalına vəsiqə qazanmış komandalarla görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Rektor Elmar Qasımov komandalara uğurlar arzulayaraq onların finalda yüksək nəticə əldə edəcəyinə əminliyini bildirib. O qeyd edib ki, BANM Azərbaycandan ən çox sayda komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir, 43 komandadan 30-u ali məktəbin komandasıdır. Rektor ali məktəbdə bu yarışa xüsusi diqqət ayrıldığını vurğulayıb və bildirib ki, ilk illə müqayisədə finala qatılan komandaların sayı 3 dəfə artıb.

“TEKNOFEST”in Azərbaycandakı nümayəndəsi Ahmet Köse BANM-in Azərbaycandan ən çox komanda ilə finalda təmsil olunaraq “TEKNOFEST”in qüruru olmağa davam etdiyini vurğulayıb və finalda da yüksək nəticələr qazanacağına inandığını bildirib.

SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin İnnovasiyalar şöbəsinin rəis müavini Xeyrəddin Mehdizadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Vüsalə Qurbanova komandalara uğurlar arzulayaraq hər zaman dəstək göstərməyə hazır olduqlarını qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr