AZ

“Workday” İsveçin “Sana” şirkətini $1.1 milyarda alır

ABŞ-ın bulud əsaslı kadr və maliyyə idarəetmə tətbiqləri təchizatçısı “Workday Inc.” məlumat idarəetməsi və təlim üçün süni intellekt platformaları hazırlayan İsveç şirkəti “Sana”nı təxminən 1.1 mlrd dollara almağı planlaşdırır.

Şirkətlərin açıqlamalarına görə, tərəflər “Workday”in “Sana”nın bütün səhmlərini alacağına dair yekun saziş imzalayıblar.

Müvafiq şərtlərin yerinə yetirilməsi və zəruri icazələrin alınmasından asılı olan bu sövdələşmənin “Workday”in 31 yanvarda başa çatan 2026-cı maliyyə ilinin dördüncü rübündə tamamlanacağı gözlənilir.

Çərşənbə axşamı keçirilən ticarətlər zamanı “Workday” səhmlərinin qiyməti 0.6% ucuzlaşıb. Son üç ayda isə onlar 8.8% geriləyib.

Seçilən
42
banker.az

1Mənbələr