AZ

Bu tarixədək ölkədə yağış gözlənilir RƏSMİ

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 21-i gündüzədək davam edəcəyi gözlənilir. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

O bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraiti dəyişkən buludlu əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu 21-25 dərəcə isti olacaq. 

Bölgələrdə də müşahidə olunan yağıntılı hava şəraiti sentyabrın 21-i gündüzədək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. 

Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-11 dərəcə isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
news24.az

10Mənbələr