AZ

Çin İsraildən Qəzzaya hücumu dərhal dayandırmağı tələb edib

Hurriyyet.az "Vestnik Kavkaza" nəşrinə istindal xəbər verir ki, Çin İsraildən Qəzzadakı əməliyyatı dayandırmağı tələb edib. Pekin anklavdakı humanitar vəziyyətə diqqət yetirməyə çağırıb. Çin hökumətinin fikrincə, SAXAL əməliyyat keçirməyə davam etdikcə, humanitar vəziyyət daha da ağırlaşacaq. 

Bu açıqlamanı ÇXR XİN-in rəsmi təmsilçisi Lin Tszyan səsləndirib. O deyib: "Biz təkid edirik, İsrail beynəlxalq ictimaiyyətin qətiyyətli çağırışlarına qulaq asaraq, daha ciddi humanitar böhranın baş verməməsi üçün Qəzzadakı hərbi əməliyyatı dərhal dayandırsın, qısa müddətdə hərtərəfli və dayanıqlı atəşkəsə nail olsun.

Pekin anklavın dinc əhalisinə zərər vuran hərbi əməliyyatları pisləyir. Çin vəziyyətin dinc yolla nizamlanacağına, gərginliyin azaldılması üçün tərəflərin konstruktiv addımlar atacağına ümid edir. 

Xatırladaq ki, Tel-Əviv sentyabrın 16-da, Qəzzadakı hərbi əməliyyatın həlledici mərhələsini başlayıb. SAXAL bölmələri Qəzzaya daxil olublar. 300 min nəfərdən artıq dinc sakin artıq Qəzza şəhərini tərk edib.

Hürr Tərcüman 

 

Seçilən
117
hurriyyet.az

1Mənbələr