AZ

Terrora cəhdin pərdəarxası - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Xankəndidə bir erməninin terror aktına cəhd etməsi dövlət və millət olaraq sayıqlığımızı daha da artırmamızı tələb edir”.

Bunu hafta.az-a Xankəndidəki terrora cəhd olayı ilə bağlı açıqlamasında deputat Sahib Alıyev bildirib.

S.Alıyev qeyd edib ki, Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü baş verənlər göstərir ki, avanesyanları bizə nifrət ruhunda bəsləyənlər, onları əbədi düşmənçiliyə, terrora yoluxduranlar onların sağalmamaları üçün bacardıqlarını edəcəklər.

Deputat həmin hadisənin heç də təsadüfən baş verməməsinə diqqət çəkib:

“Xankəndidə sözügedən tədbir günü silahlı təxribat törətmək cəhdinə görə həbs edilən Karen Avanesyanın kimliyi və hara bağlı olması, eləcə də bir nəfər polis əməkdaşını yaralayan bu adamın əsas məqsədi gec-tez aydın olacaq. Çox güman ki, son üç ayda yaxın ərazidə üç dəfə hərbi təlim keçirənlər, kontrolları altındakı revanşistlər, daşnaklar və digər törtökuntülər Karen Avanesyandan qəhrəman, yaxud da qurban düzəltməyə cəhd edəcək. Yəni bu olay ətrafında geniş informasiya təxribatına əl atacaqlar, həm də nələri isə ört-basdır etməyə çalışacaqlar.

Qarabağda gedən quruculuq işləri onları torpaqlarımızın işğaldan qurtarılmasından heç də az qıcıqlandırmır. Biz bunu görməzdən gələ bilmərik”.

Seçilən
14
hafta.az

1Mənbələr